RU

“Barselona” satmağa hazırlaşır -Zədələrlə “əlləşən” müdafiəçini

“Barselona”nın müdafiəçisi Andreas Kristensen yay transfer pəncərəsində böyük ehtimalla, komandadan ayrılacaq.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi daim zədələrlə mübarizə aparan danimarkalı futbolçunu satmaq niyyətindədir.

29 yaşlı müdafiəçi üçün son mövsüm uğursuz keçib. Belə ki, o, cəmi 6 oyunda iştirak edə bilib. Onun tez-tez yaşadığı sağlamlıq problemləri yeni klub tapmaq prosesini də çətinləşdirə bilər.

Buna baxmayaraq, klubun digər müdafiəçisi Ronald Arauxonun transferi gündəmdə olduğuna görə, Kristensenin komandada qalması daha real görünür.

Избранный
9
sportinfo.az

1Источники