RU

Bəxtiyar Musayev: "Şelburn” “Linfild”dən azca üstündür"

"Qarabağ" hər iki klubla mübarizə aparacaq gücdədir”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın şanslarını dəyərləndirib. Musayevin sözlərinə görə, "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq Ağdam təmsilçisi üçün yeni transferlər etmək vacibdir: "Fikrimcə, “Şelburn” “Linfild”dən azca üstündür. Rəqiblər münasibdir. Buna baxmayaraq, komandanın görüşlərə necə hazırlaşacağı da çox önəmlidir. “Qarabağ” bir neçə futbolçu ilə yollar ayrılıb. İnanıram ki, sözügedən oyunçuların yerinə layiqli transferlər ediləcək".

"Qarabağ"ın sabiq futbolçusu Qurban Qurbanovun yetirmələrini çətin yolun gözlədiyini bildirib: “Komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirakı çox çətin görünür. Ora yüksəlməyi hər bir komanda bacarmır. İnanaq ki, qitənin ən böyük klub turnirindəki təmsilçimiz bizə bu uğuru yaşadacaq".

Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 22-23-də və 29-30-da keçiriləcək.

Murad Abdullazadə
İdman.biz

Избранный
19
1
idman.biz

2Источники