RU

Mütəxəssis: Saat 11:00 dan 17:00 a qədər uşaqların birbaşa günəş şüaları altında qalması təhlükəlidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

İsti yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər xüsusilə diqqətli olmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.

Onun sözlərinə görə, günün ən isti vaxtları, yəni saat 11:00-dan 17:00-a qədər uşaqların birbaşa günəş şüaları altında qalması təhlükəlidir: “Bu səbəbdən uşaqların səhər tezdən və ya axşamüstü açıq havada oynaması məsləhətdir. Uşaqlara yüngül, açıq rəngli və hava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı, bədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir”.

Mütəxəssis-ekspert deyib ki, uşaqlar günəş altında olduqları hallarda dəri üçün qoruyucu kremlərdən istifadə edilməlidir: “Xüsusilə də 6 ay və yuxarı yaşda olan uşaqlar üçün SPF 30 və ya daha yüksək qoruma təmin edən məhsullar seçilməlidir. Bol maye qəbul etmək vacibdir. Çünki uşaqlar oynayarkən bədənləri tez susuzlaşır və bu, günvurma riskini artırır. Ən əsası isə uşaqları kölgəli, sərin və ventilyasiyalı mühitlərdə saxlamaq, lazım gəldikdə onları tez-tez sərin su ilə yumaq və ya duş qəbul etdirmək həm rahatlıq, həm də təhlükəsizlik baxımından çox faydalıdır”.

Zakir Quliyev bildirib ki, valideynlər bu tədbirlərlə övladlarını günvurma və susuzluqdan asanlıqla qoruya bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники