RU

İsrail Nazirlər Kabineti bu gün görüşəcək

İsrail Təhlükəsizlik Kabinetinin bu gün toplanacağı açıqlanıb.

News24.az Ynet-ə istinadən xəbər verir ki, İsrail Təhlükəsizlik Kabineti bu gün yerli vaxtla saat 22:00-da bunkerdə görüşəcək. 

Məlumata görə, bundan əvvəl hökumətin də bir araya gələrək saat 18:00-da iclas keçirəcəyi gözlənilir.

Onu da xatırladaq ki, İsrail iyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəfə alaraq irimiqyaslı hücumlara başlayıb.

Günel Məlikzadə


Избранный
7
1
news24.az

2Источники