BAKI, 18 iyun. TELEQRAF
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən “Grand-Mart” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı inzibati xəta protokolu tərtib edilib.
Bu barədə məlumatı Teleqraf-a Agentliyin mətbuat xidməti verib.
Məlumatda qeyd olunur ki, şirkət satdığı qida məhsulunu üzərində göstərilən qiymətdən baha təklif edib. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, “Grand-Mart” MMC pərakəndə ticarət sektorunda təxminən 20 ildir fəaliyyət göstərir. Hazırda şirkətin ölkə üzrə 30-dan çox filialı mövcuddur.