RU

Dövlət Komitəsinin sədri Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Görüşdə komitənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Избранный
16
1
azertag.az

2Источники