RU

“Viva Desserts" müştərini yenə aldatdı

BAKI, 18 iyun. TELEQRAF

“Viva Desserts" müştərini aldadıb.

Teleqraf xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Viva Desserts" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Nəticədə sahibkar İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən malın hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir (“az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür).

Избранный
18
20
teleqraf.com

10Источники