RU

Neft və qaz BAHALAŞA BİLƏR

İsrail və İran arasındakı gərginlik dünya neftinin üçdə birinin keçdiyi Hörmüz boğazının bağlanması təhlükəsini yenidən gündəmə gətirib. Boğazın bağlanması ssenarisi yalnız bir ehtimal olsa da, bu, artıq qlobal enerji qiymətlərini artırıb.

Bəs, Hörmüz boğazı bağlanarsa, dünya və Azərbaycan iqtisadiyyatı hansı problemlərlə üzləşə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan verən iqtisadçı Natiq Cəfərli bildirib ki, boğazın bağlanma ehtimalı azdır:

“Hörmüz boğazının bağlanması İranın öz maraqlarına da ziddir. Çünki bu halda İranın tankerləri də həmin bölgədən keçə bilməyəcək. Halbuki İranın əsas gəlir mənbəyi gündəlik təqribən 1.5 - 2 milyon barel neft satışından əldə etdiyi gəlirdir. Bu gəlir olmadan ölkə iqtisadiyyatını ayaqda saxlamaq çətinləşər. Təhlükə mövcuddur, lakin bunun uzunmüddətli olacağını düşünmürəm".

İqtisadçının sözlərinə görə, Hörmüz boğazının bağlanması yalnız neft deyil, sıxılmış qaz və konteyner daşımalarına da ciddi təsir göstərə bilər:

“Bu isə öz növbəsində dünyada neft və qaz qiymətlərini kəskin şəkildə artıra, hətta neftin qiyməti 100 dolları da keçə bilər”.

Günel Məlikzadə

Избранный
8
news24.az

1Источники