RU

SB62 sessiyasının sədrləri COP29 un sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bonn, 18 iyun, AZƏRTAC

Almaniyanın Bonn şəhərində İyin İqlim Görüşləri davam edir.

AZƏRTAC xəbər verir ki, ötən gün Azərbaycan diplomatiyasının növbəti uğuru ilə yadda qaldı. Çox gərgin keçən diplomatik danışıqlardan sonra BMT-yə üzv 197 tərəfin hər biri ilə gündəlik mətninin razılaşdırılması Azərbaycan diplomatlarının səyləri nəticəsində mümkün oldu. Bu, Bonn şəhərində keçirilən SB62 sessiyası çərçivəsində iqlim diplomatiyasında mühüm dönüş nöqtəsi kimi tarixə yazıldı. Tərəflər arasında razılıq əldə olundu. Sessiyanın sədrləri bu uğura görə COP29-un sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyi ötən gün gündəliyin qəbulu ilə bağlı yaranmış çıxılmaz vəziyyətdə dövlətlər və qruplarla danışıqlar aparıb konsensus əldə etmək üçün COP29 sədrliyi qismində Azərbaycana müraciət etdilər və bizim nümayəndə heyətimiz bu missiyanın öhdəsindən layiqincə gəldi.

Plenar iclasda razılaşma mətnini COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirdi.

SB62-nin gündəliyinin qəbulunda Azərbaycanın həlledici rolu ölkəmizin qlobal iqlim fəaliyyətində böyük nüfuzunun və hörmətinin daha bir göstəricisidir. Azərbaycanın iqlim fəaliyyətində fəal iştirakı BMT-nin aidiyyəti qurumlarının nümayəndələri və müxtəlif ölkələrdən olan iştirakçılar tərəfindən də xüsusi vurğulanmaqdadır.

Bu gün bir sıra vacib görüşlər keçiriləcək, COP29-un sədri Muxtar Babayev COP30-un müəyyən olunmuş prezidenti Andre do Lago ilə görüşəcək, bundan başqa Bakıdan Belemə gedən yol üzrə mexanizmlərin təkmilləşdirilməsi istiqamətində də görüşlər baş tutacaq. Gənclərə də bu gün xüsusi diqqət yetirilib. COP30-un gənc iqlim çempionu Leyla Həsənova da səhər saatlarından etibarən bir sıra panel görüşlərə qatılıb. Azərbaycanın sədrliyi dövründə gənclər olaraq gördükləri layihələr barədə ətraflı məlumatlar verib.

Qeyd edək ki, iyunun 26-dək davam edəcək Bonn iqlim danışıqları təkcə texniki hazırlıq mərhələsi deyil, həm də Azərbaycanın qlobal iqlim siyasətində rolunun davamı kimi diqqət mərkəzindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
azertag.az

2Источники