Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə yeni idmançısı Zahir Cəfərov Rusiyada keçirilmiş Nijni Novqorod çempionatında uğurla çıxış edib.
Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı yarışın bürünc medalına layiq görülüb.
O, 50 idmançı arasında 3-cü yerə sahib çıxıb.