Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna prokuror təyin edilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorun əmri ilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İlqar Rzayev əvvəllər Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.