RU

60 bal toplayan daha iki müəllim – Bu məktəblərdə İŞLƏYİRLƏR

Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.

7Times.az-ın məlumatına görə, onlardan biri Fərqanə Quliyevadır.

O, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını bitirib, 2021-ci ildə MİQ imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.

Maksimal bal toplayan digər müəllim Gülşən Şahverdiyeva Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır. O, 4 il Bakı Atatürk liseyində fəaliyyət göstərdikdən sonra 2023-cü ildə MİQ imtahanında iştirak edərək 70,075 bal toplayıb.

Modern.az

Избранный
9
11
7times.az

10Источники