İsrail ordusu İranın paytaxtı Tehranın ətrafındakı nüvə sentrifuqası və raket istehsalı müəssisələrinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirdiyini açıqlayıb.
Ordu tərəfindən verilən açıqlamada İranda bir çox silah istehsalı obyektlərinin də hədəf alındığı iddia olunub.
Son bir neçə saat ərzində 50-dən çox döyüş təyyarəsi ilə Tehranda və onun ətrafında kəşfiyyata əsaslanan bir sıra hücumların həyata keçirildiyi bildirilən açıqlamada uraniyumu zənginləşdirmək üçün istifadə olunan nüvə sentrifuqası istehsalı zavodunun da vurulduğu qeyd edilib.
Hücum çərçivəsində İranın raket imkanlarına təsir göstərən aşağıdakı obyektlərin hədəf alındığı iddia edilib:
Yer-hədəf raketlərinin montajı üçün xammal və komponent istehsalı zavodu Hava hücumundan müdafiə raketlərinin hissələrini istehsal edən obyekt Müxtəlif silah istehsalı müəssisələri
Hücumların nəticələri ilə bağlı İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.