Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefon danışığında Yeni Dehlinin Pakistanla Kəşmir münaqişəsinin həllində üçüncü tərəfin vasitəçiliyini qəbul etmədiyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri bildirib.
Söhbət 35 dəqiqə davam edib və ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Misrinin sözlərinə görə, Modi Hindistanın mövqeyinin dəyişməz qaldığını açıqlayıb: "Pakistanla münaqişə müstəsna olaraq ikitərəfli məsələdir".
“Hindistan heç vaxt vasitəçiliyə razı olmayıb, indi qəbul etmir və gələcəkdə də etməyəcək”, - deyən diplomat qeyd edib ki, Hindistan cəmiyyətində bu məsələdə tam siyasi yekdillik var.