RU

Bu dəmiryol marşrutu üzrə qatarların qrafiki dəyişdirilir

21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilib.

Bu barədə Sherg.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Qeyd olunub ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.
Избранный
14
28
sherg.az

10Источники