
İrəvan Moskvaya nota göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan parlamentin iclasında deyib.
Bildirilib ki, Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
O qeyd edib ki, Ermənistan Rusiya mətbuatında, eləcə də siyasətçilər və qanunvericilər tərəfindən səsləndirilən bəyanatları təkcə Ermənistan və Rusiya arasında ənənəvi dostluğa, həmçinin bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidd deyil, həm də Ermənistanın daxili işlərinə birbaşa və açıq müdaxilə hesab edir.