RU

MÜSİAD Azərbaycan və GİAD arasında görüş keçirilib

BAKI, TurkicWorld

MÜSİAD Azərbaycan ictimai birliyi, Şimali Kipr Türk Respublikasının Azərbaycan təmsilçisi xanım Ufuk Arca Turganerin iştirakı ilə Şimali Kipr Gənc İş Adamlarından (GİAD) ibarət heyətlə mərkəzi ofisdə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan ictimai birliyinin rəhbəri Rəşad Cabirli sosial şəbəkə hesabında paylaşım edib.

Görüş MÜSAİD Azərbaycan ictimai birliyi və "KKTC Bakü Temsilciliği - TRNC Baku Representative Office"-nin təşkilatçılığı ilə keçirilib.

Genç MÜSİAD Azerbaycan üzvlərinin də iştirak etdiyi görüş zamanı tək millət olaraq bütün istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə edilib, fikir mübadilələri aparılıb.

"Dövlət başçılarımızın qarşımıza qoyduqları hədəflər doğrultusunda gənclərimizin önəmli rolundan bəhs etdik.
Gənc sahibkarların Şimali Kipr Türk Respublikası haqqında təqdimatını dinlədik.

Xanım səfirə və GİAD təmsilçilərinə ziyarətlərinə və diqqətə görə təşəkkür edirik" - deyə, Rəşad Cabirli qeyd edib.

Избранный
22
turkic.world

1Источники