RU

"Mançester Siti" klublararası dünya çempionatında Mərakeş təmsilçisinə qalib gəlib

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.

"Report" xəbər verir ki, G qrupunun oyununda İngiltərə təmsilçisi "Mançester Siti" Mərakeşin "Vidad” klubuna 2:0 hesabı ilə qalib gəlib.

"Şəhərlilər"in heyətində Fil Foden (2) və Ceremi Doku (42) fərqləniblər.

Qeyd edək ki, qrupun digər matçı "Əl-Ayn" (BƏƏ) və "Yuventus" (Italiya) kollektivləri arasında baş tutacaq.

Избранный
22
report.az

1Источники