Samuxda əkin sahəsində 55 yaşlı kişi meyiti tapılıb.
"Unikal"ın məlumatıma görə, hadisə rayon ərazisində baş verib. Belə ki rayon sakini - 1970-cü il təvəllüdlü Z.Məmmədovun əkin sahəsində meyiti aşkarlanıb. Məlumata görə 55 yaşlı kişi ürəktutmasından ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.