RU

Türkiyədə zəncirvari yol qəzasında 10 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərində qeydə alınıb.

Axşam saatlarında minik avtomobili ilə fabrik işçilərini daşıyan iki mikroavtobusun toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, yol qəzasına minik avtomobilinin mikroavtobusların hərəkət xəttinə çıxması səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
45
4
report.az

10Источники