“Air Arabia” Yaxın Şərqdəki vəziyyətlə əlaqədar iyunun 30-dək Rusiyadan və Rusiyaya müntəzəm uçuşları ləğv edib.
Bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako məlumat verib.
"Daşıyıcı evakuasiya uçuşları həyata keçirməyə davam edəcək", - Teleqram kanalında dərc edilən məlumatda deyilir.
Bildirilir ki, bu gün şirkət Moskva və Yekaterinburqa 460-dan çox sərnişin daşımağı planlaşdırıb. Həmçinin iyunun 19-da Air Arabia təxminən 800 sərnişini çatdırmaq üçün Rusiyaya beş reys həyata keçirməyi planlaşdırırdı.