Ajans.az xəbər verir ki, Netanyahu İsrail ordusunun İrana endirdiyi zərbələr fonunda ona verdiyi dəstəyə görə təşəkkür edib.
Baş nazirin ofisinin yaydığı açıqlamada bildirir: "İsrail Dövlətinin böyük dostu olan Prezident Trampa təşəkkür etmək istəyirəm. Ona dəstəyinə, bizim tərəfimizdə dayandığına və İsrailin səmasını qorumaqda ABŞ-nin göstərdiyi köməyə görə təşəkkür edirəm. Dünən axşam da daxil olmaqla, davamlı ünsiyyətdəyik. Çox səmimi söhbət oldu. Mən Prezident Trampa dəstəyinə görə təşəkkür edirəm".