Türkiyə I Liqasına vəsiqə qazanan "Serik Belediyespor"un səhmlərinin 50 faizi azərbaycanlı iş adamı tərəfindən satın alınacaq.
Publika.az xəbər verir ki, adı açıqlanmayan biznesmen klub səhmlərinin yarısı üçün 4 milyon avro ödəyəcək.
O, əvvəlcə "Antalyaspor"a müraciət edib. Lakin "qırmızı-ağlar" səhmlərinin paylanılması səbəbindən satışa uyğun gəlməyib.
Buna görə də iş adamı "Serik Belediyespor"a üz tutub.