RU

Azərbaycanlı iş adamı Tükiyədə klub alır

Növbəti mövsümdə Türkiyə 1-ci Liqasında çıxış edəcək "Serik Bələdiyyəspor"un hissələrinin 50 faizinə azərbaycanlı iş adamı sahib çıxacaq.

İdman.biz xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatında məlumat yer alıb.

Adı açıqlanmayan həmyerlimizin bunun üçün 4 milyon ödəyəcəyi bildirilib. Baş məşqçisi Mehmet Altınparmakla yollarını ayıran "Serik Bələdiyyəspor"u növbəti mövsümdə rusiyalı mütəxəssisin çalışdıracağı gözlənilir.

Qeyd edək ki, Türkiyə mətbuatının iddiasında görə, azərbaycanlı biznesmen əvvəlcə "Antalyaspor"un hissələrinə sahib olmaq istəsə də, arzusu reallaşmayıb. Nəticədə şəhərin digər təmsilçisi ilə danışıqlara start verilib.

İdman.biz

Избранный
20
idman.biz

1Источники