RU

Mahir Emreli Almaniyada özünə yeni klub tapdı

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bundan sonra Almaniyanın “Kayzerslautern” klubunda çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Xəbərdə 27 yaşlı futbolçunun Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan bu klubla 2028-ci ilə qədər müqavilə bağladığı bildirilir. “Kayzerslautern”in bu keçidi tezliklə rəsmən açıqlaması gözlənilir.

Xatırladaq ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”in heyətində keçirib. O, bu yay sözügedən klubla müqaviləsinin müddəti bitdiyi üçün azad agent kimi “Nürnberq”i tərk edib.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Избранный
17
arena.az

1Источники