RU

İsrail Tehranda 20 hərbi hədəfi vurub

İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda 20 hərbi hədəfə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

İsrailin Müdafiə Ordusu hücum hədəfləri arasında silah istehsalı, sentrifuqa, elmi tədqiqat və təcrübə-konstruktor obyektlərinin olduğunu açıqlayıb. "Bu obyektlər İranın nüvə silahı istehsal etmək üçün uranın zənginləşmə miqyasını və sürətini genişləndirməsinə imkan vermək məqsədi daşıyırdı", - Ordudan bildirilib.

Daha əvvəl İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin İsrailin İrana qarşı gün ərzində üçüncü hücum dalğasının başladığını elan edib.

Избранный
12
1
musavat.com

5Источники