Klublararası dünya çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, H qrupunda “Real Madrid” ilə Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı üz-üzə gəlib.
Hər iki komandanın çalışdırıcısının - Xabi Alonso ilə Simone İnzaqinin debüt etdiyi matçda qalib müəyyənləşməyib - 1:1.
Hər iki qol ilk hissəyə təsadüf edib. Oyunda hesabı 34-cü dəqiqədə gənc Qonsalo Qarsiya açıb, ancaq ərəblər 41-ci dəqiqədə Ruben Neveşin penaltidən vurduğu qolla bərabərliyi təmin ediblər.
Bakı vaxtı ilə saat 02:00-da isə bu qrupda "Paçuka" (Meksika) - "Zalsburq" (Avstriya) görüşü başlayacaq.