RU

Alimləri təəccübləndirən kəşf: İnsanın qlobal iqlimə ilk müdaxiləsi nə vaxt olub?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və Böyük Britaniyadan olan beynəlxalq iqlimşünaslar qrupu insanların Yer atmosferinin yuxarı təbəqəsi olan stratosferaya təsirinin gözləniləndən xeyli əvvəl başladığını müəyyən edib. Yeni tədqiqata görə, antropogen təsirin ilk əlamətləri 1885-ci ildə - müasir iqlim müşahidə alətlərindən çox əvvəl meydana çıxıb. 

Qayanrinfo xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Alimlər tarixi məlumatları, iqlim modellərini və müasir nəzəriyyələri birləşdirən kompleks yanaşmadan istifadə ediblər. Onlar müəyyən ediblər ki, stratosferanın soyuması – insan təsirinin əsas göstəricisi – sənaye inqilabının başlanmasından cəmi 25 il sonra artıq müşahidə olunmağa başlayıb. Bu dövrdə avtomobillərin geniş yayılmasından əvvəl əsas çirkləndirici mənbələr kimi kömür və odunla isitmə və istehsal prosesi ön planda olub.

Tədqiqatçılar vurğulayırlar ki, stratosfer iqlimşünaslar üçün xüsusi əhəmiyyət daşıyır, çünki onun temperatur dəyişiklikləri troposferlə müqayisədə təbii dəyişkənliyə daha az məruz qalır. Bu xüsusiyyət stratosferanı uzunmüddətli iqlim tendensiyalarını daha dəqiq əks etdirən "iqlim termometri”nə çevirir.

Əldə edilən nəticələr insan fəaliyyətinin atmosferə təsirinin başlama vaxtını yenidən dəyərləndirməyə əsas verir və iqlim dəyişikliyinin son onilliklərə yox, əsrlərlə davam edən bir proses olduğunu sübut edir.

Kəşf eyni zamanda stratosfer məlumatlarının iqlim monitorinqi üçün etibarlılığını təsdiqləyir və sənayeləşmədən əvvəlki emissiyaların belə uzunmüddətli təsirə malik olduğunu göstərir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
qaynarinfo.az

1Источники