RU

Zelim Kotsoyev: Bürünc medal qazandığım üçün şadam

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bürünc medal qazandığım üçün şadam".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) jurnalistlərə açıqlamasında deyib.

O, 1/4 finalda öz səhvi ucbatından məğlub olduğunu söyləyib:

"Macarıstana qızıl medal qazanmaq üçün gəlmişdim. Lakin öz səhvim ucbatından yarımfinala gedən yolda uduzdum. Qarşılaşma zamanı arxayınlıq yarandı. Məğlubiyyətin səbəblərindən biri bu oldu. Çempionatı mükafatsız başa vurmadığım üçün sevinirəm".

Qeyd edək ki, olimpiya çempionu olan Kotsoyev təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib. Üçüncü yer uğrunda görüşdə cənubi koreyalı Kim Seheonu ipponla üstələyən təmsilçimiz bürünc mükafata sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
oxu.az

5Источники