RU

"Yuventus" ABŞ-də coşdu

Klublararası dünya çempionatında daha iki oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, H qrupunda "Paçuka" (Meksika) - "Zalsburq" (Avstriya) görüşü avropalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyun ikinci hissədə - "Zalsburq" hesabda 1:0 öndə olarkən, fırtına xəbərdarlığı səbəbindən dayandırılsa da, təxminən iki saat sonra yenidən davam etdirilib. 

Digər görüş F qrupunda baş tutub. "Əl-Əyn" (BƏƏ) - "Yuventus" (İtaliya) qarşılaşmasında isə darmadağın qeydə alınıb. Turinlilər ərəbləri 5:0 hesabı ilə məğlub edib. "Yuventus"un heyətində Randal Kolo Muani (11 və 45+4-cü dəqiqə) və Fransisko Konseysau (21, 58) dubl ediblər, daha bir dəfə türkiyəli Kənan Yıldız (31) fəqlənib

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Избранный
7
1
fanat.az

2Источники