RU

Renat Dadaşov Bakıya rəqib kimi gələ bilər

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov növbəti dəfə komandasını dəyişəcək.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Polşada çıxışını davam etdirəcək.

“Radomyak” rəhbərliyi onun bu ayın sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına gəlib. Bu isə Ekstraklasanın digər təmsilçisi “Motor” üçün göydəndüşmə olub. Yeni mövsümdə avrokuboklara vəsiqə qazanmağı hədəfləyən Lublin təmsilçisi hücum xəttini məhz Dadaşovun keçidi sayəsində gücləndirməyi düşünür.

Həmyerlimizin iyulun 1-dən azad agent statusu daşıyacağını nəzərə alan “Motor” rəhbərliyi onunla qısa müddətdə ortaq məxrəcə gəlməyə və forvardı havayı heyətə qatmağa çalışır. Lakin polşalıların işi heç də asan deyil. Çünki Xorvatiya klubu “Hayduk” da Dadaşovun xidmətində maraqlıdır. Bu keçid reallaşsa, Konfrans Liqasında “Zirə”yə rəqb olan Split klubu Dadaşovu Bakıya rəqib kimi gətirəcək.

Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a bu ilin əvvəlində “Ankaragücü”dən keçmişdi.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
icma.az

2Источники