RU

Ailə büdcəsini dürüst və səmərəli şəkildə necə aparmaq olar

Dürüst ailə büdcəsi bütün gəlir və xərclərin açıq şəkildə uçotunu nəzərdə tutur ki, ailə öz maliyyəsini səmərəli şəkildə planlaşdıra və maliyyə məqsədlərinə nail ola bilsin. Buraya bütün gəlir və xərclərin uçotu, müxtəlif dövrlər üçün büdcənin planlaşdırılması, zəruri və əlavə xərclərin müəyyən edilməsi ilə yanaşı, qənaətə can atılması daxildir. 

Belə bir ifadə cəmiyyətdə çox məşhurdur: Ailə kiçik dövlətdir. Bu mənada ailənin öz qayda-qanunları, ənənələri, adətləri, mentalyeti və mənəvi dəyərləri var. Hər bir ailədə bu faktordan birinə daha çox üstünlük verilir. Bəzi ailələr daha çox ənənələrə üstünlük verir. Yəni onların ata-babaları ailədə nəyə daha çox diqqət yetiribsə, onlar da bu ənənəni davam etdirirlər. Ailələr bu dəyərlərin digərlərindən üstün olduğuna görə seçmir, sadəcə olaraq, belə görüb, götürüb, indi də həmin qayda ilə yaşamaqda davam edirlər. Adətən belə ənənələrlə yaşayan ailələrin böyük əksəriyyətinin başçısı  - valideyinlərin hər ikisi və ya ata təhsilsiz olur. Lakin hansı ailədə valideyinlər, əsasən də ata təhsillidirsə, onlar ailənin yaşam dinamikasına inovativ yanaşır, elmin və texnikanın nəaliyyətlərini ailəyə də daşıyırlar. Arzuolunandır ki, Azərbaycanda də belə dinamik ailələrin sayı artsın, onlar ailə institutuna yeni və səmərəli ənənələr gətirsinlər. Belə ənənələrdən biri də məhz ailə büdcəsinin qurulması ola bilər.

Bir məqamı da qeyd edək ki, yazılı şəklində əksini tapmasa da, fiziki olaraq ailə büdcəsi yaradan ailələr olub və indi də var. Onlar ailə büdcəsinin adını belə bilmir. Sadəcə olaraq ailənin gəlirləri ən etibarlı (adətən nənə, baba, ata və ya ana) ailənin üzvünə həvale edilir. Ailə büdcəsi həmin şəxsin pul kisəsindən ibarət olur və o şəxs xərclərə şifahi nəzarət edir. O, xərcləmələr barədə qərarı öz təxəyyülünə uyğun, ya da ailə üzvlərı ilə məsləhətləşərək verir. Adətən məsləhətləşmələr iri maliyyə tutumlu xərlərə gedəndə baş tutur. Amma bu artıq çox primitiv və kortəbii ailə büdcəsi sayılır. Çünkı bu cür ailə büdcəsində xərclərin təhlili mümkun deyil. Ona görə ki, belə ailə büdcəsinin xərclərinin qeydiyyatı həyata keçrilmir, yaddan çıxır və müqayisəli təhlil aparmaq müşkülə çevrilir. Bu səbəbdən də ailə büdcəsi tərtibatının birinci şərti gəlir və xərclərin tarixi ilə birlikdə yazılı qeyd edilməsidir.

Ailə büdcəsini ümumi ailə xərcləri, kredit ödəmək və maliyyə məqsədlərinə çatmaq üçün bir hesab da saya bilərsiniz. 

Fərqli ailələrdə büdcə idarəçiliyinə yanaşma fərqli ola bilər. Bəziləri bütün pulları birlikdə ailə büdcəsinə əlavə edir və lazım olduqda ailə üzvləri tərəfindən xərclənir. Digərləri yalnız ümumi xərclərə pul atır və pulun bir hissəsi şəxsi istifadəyə verilir. Bu variantlardan hər hansı birində anlaşılmazlıqlar və şübhələr, ailə üzvlərindən birinin daha çox xərclədiyi və digərinin maraqları pozulduğu halda yarana bilər. Bu hallarda ailə büdcəsi ailənin pul mübahisələrindən qorumaq əvəzinə, onu mübahisələrin ağuşuna atır. Ona görə də ailə büdcəsinin quruluşu, şəffaflığı və hesabatlılığı əsas şərtlərdən biridir. Ailə üzvlərindən hansının xərclər barədə anlaşılmazlığı varsa, xərclərin hara getdiyini həmin üzvə səbirlə və müfəssəl şəkildə, yorulmadan izah edin. Buna qədər isə ailə büdcəsinə haram qatmayın. Yəni büdcədən gizlin xərcləməyin, müzakirəsiz xərcləmək məcburiyyətində qaldığınız halda isə gün ərzində bu barədə ailə üzvlərinizə məlumat verin və həmin fövqaladə xərcləməni də müzakirə edərək vacibliyini əsaslandırın. Məsələn, sizə günün birinci yarısında zəng vurub xəbərdarlıq edirlər ki, iki saata su sərfiyyatına görə borc ödənişiniz icra edilməsə suyunuz kəsiləcək. Burada siz artıq borcu verilən zaman daxilində ödəmək məcburiyyətində qalırsınız. Axşam ailə toplaşanda isə qəbzi göstərməklə vəziyyəti izah edirsiniz. Bununla da məsələ bitir.

Ailə pulun haraya getdiyini tam başa düşmürsə, bu, mübahisələrə və şikayətlərə səbəbi ola bilər.

Qarışıqlı ittihamların qarşısını almaq üçün ümumi xərcləri şəffaf etmək, böyük alış-veriş və maliyyə məqsədlərini əvvəlcədən müzakirə etmək və planlaşdırmaq lazımdır.

İndi isə aiilə büdcəsinin dürüst və səmərəli idarə olunması qaydalarını təhlil etmeyin sırası çatdı.

Xərcləri birlikdə planlaşdırın

Büdcə planlaşdırması ən çox zəngin insanların riayət etdiyi gözəl bir taktikadır. Məsələn, müvəffəqiyyətli iş adamları arasında keçrilən sorğu göstərdi ki, iştirakçıların 80%-i bütün xərclərini əvvəlcədən müəyyən olunmuş çətin hədəf büdcəsi təşkil edir. Ailə büdcəsinin planlaşdırılmasındə gəlir gətirən üzvlərin iştirakı olduqca vacibdir. Yaxşı olar ki, ailə büdcəsi xərclərinin planlaşdırması zamanı əsas qərarlar gəlir gətirən ailə üzvlərinin kansensusu əsasında qəbul edilsin. Ailənin gəlir gətirən narazı üzvlərini dinləyin. Qəbul edilən qərarlarda onların da fikirlərini nəzərə alaraq, ortaq qərar qəbul edilsə daha yaxşıdır. Sadə səs çoxluğu demokratiyanın əsas elementi olsa da, ailə büdcəsi məsələlərində bu prinsip əksər hallarda özünü doğrultmur. Bir də sadə səs çoxluğu ilə bağlı bir deyim var: çay qırağında iki qurdla bir quzunun sadə səs çoxluğu əsasında qəbul ediləri qərarın quzunun parçalanaraq yeyilməsi ilə nəticələnəcəyi bəri başdan bəllidir. Adətən ailədə üzvlərin sayı az olduğundan burada sadə səs çoxluğu ilə ədaləti bərqərar etmək mümkun deyil. Ona görə də hamının razı olduğu ortaq qərar variantını tapmaq ən uğurlu prinsipdir.

Ailə büdcəsi xərclərinin planlaşdırmaq bir neçə problemi həll edə bilər.

Məsələn, bu yolla ən lazımsız xərc olan impulsiv satınalmalardan yan keçmək mümkündür. 

Bu, xərclərə daha mənalı və məntiqli bir şəkildə yanaşmağa və məqsədlərə daha tez çatmağa kömək edir. 

Məsələn, bahalı bir alış-veriş və ya daha sürətli kredit ödəmək istəyirsinizsə, müvəqqəti olaraq əyləncəyə qənaət edə bilərsiniz. Yəni qısa zaman kəsiyində əyləncə həyati vacib olan xərc sayila bilməz. Bunu yalnız vəziyyətiniz düzələn qədər ixtisar edə bilərsiniz. Uzun zaman əyləncələrə pul xərcləməyən, əylənməyən insanlarda psixoloji problemlər yarana bilir ki, bu halda insan nəinki ailəsini, hətta, həyatda hər şeyini itirə bilər. Odur ki, qənaət edəndə ehtiyatlı olun - bunun fəsadını yaşamayasınız.

Anlaşılmazlıq və şübhələri aradan qaldırmaq ən vacib məsələdir. Planlaşdırma mərhələsində hər bir şəxs nə qədər pulun haraya getdiyini görəndə xərcləri tənzimləyə və ədaləti bərpa edə bilərsiniz. 

Ailə üzvlərinizdən pulla bağlı heç nəyi gizlətməyin, bütün xərcləri açıq şəkildə ortaya qoymağa çalışın. Buna nə qədər nail ola biləcəksinizsə, evdə pulla bağlı mübahisələr bir o qədər azalacaq və ya yoxa çıxacaq.

Ayın əvvəlində qida, mənzil və kommunal xidmətləri, nəqliyyat, geyim, ayaqqabı, ev heyvanı və s. kimi bütün xərclərin təxmini məbləğini müəyyənləşdirin. Bundan əlavə, gəlirləri xərclər üzrə vaciblik dərəcəsinə görə balanslı şəkildə bölüşdürün. 

Büdcə şəffaflığı

Ailədəki maliyyə münasibətləriniz artıq planlaşdırma mərhələsində qismən aydınlaşdırılacaq, lakin tam harmoniya üçün planın yerinə yetirilməsi prosesində şəffaflıq də zəruridir. Bu problemi həll etmək üçün bir neçə yolu təhlil edəcəyik.

Qəbz toplamaq

Bu, çox qeyri-dəqiq bir yoldur, çünki qəbzlər asanlıqla itirilir, eyni zamanda, hər bazarlığa görə qəbz vermirlər. Məsələn, bazarda, yol kənarında və ya həyətdə meyvə-tərəvəz satan alverçilər sizə qəbz verməyəcək. Bundan əlavə, xərcləri görmək üçün hər "adsız" qəbzə nə verdiyini aydınlaşdıra bilməyəcək və məbləğləri hesablamaq üçün kağız (qəbz) parçaları qalaqlarını sıralamalı olacaqsınız. Ona görə də bazarlıq zamanı qəbzləri götürsəniz də, onlardan hesablamalar zamanı istifadə etməkdən qaçın. Lakin işıq, qaz və su sərfiyyatının ödənişlərinə görə verilən qəbzlərə rahat istinad edə bilərsiniz. Çünki bunlar ayda bir dəfə ödənilir və əsas xərclərə daxildir.

Mühasibat uçotu üçün mobil tətbiqdən istifadə edin

Bu üsul daha rahat və sürətlidir. App Store və Google Play, bütün xərcləri kateqoriyalara görə qeyd etməyə, bütün ailə üzvlərinə ümumi girişi konfiqurasiya etməyə və statistikaya baxmağa imkan verən bir çox tətbiqlərə malikdir. 

Bununla birlikdə, əksər tətbiqlərdə ümumi giriş zamanı abunə olmağınız kifayətdir. Lakin bununla belə evə qayıdanda xərcləri evdəki cədvələ əlavə etməyiniz vacibdir. Çunki telefonunuzda hər hansı bir xəta hesabınızı qarışdıra bilər. Nəticədə, ayın sonunda sizə qaranlıq qalan xərc və ya gəlir məbləği ortaya çıxa bilər.

Kartların bağlandığı ümumi bir bank hesabından istifadə edin

Bu xərcləri izləmək üçün daha sadə bir yoldur. Bütün əməliyyatlar bank tətbiqində avtomatik olaraq əks olunur, ona görə də heç bir şey unudulmayacaq və itirilməyəcək. Sadəcə olaraq siz etibar etdiyiniz və güvəndiyiniz bir bankı seçə bilərsiniz. Həmin bankda ailə büdcəsinin bank hesabını açırsınız və gəlirlərinizi həmin hesaba köçürürsünüz. Xərcləri kimlər həyata keçirəcəksə, həmin şəxslərin kartlarını ailə büdcəsinin bank hesabına bağlamaqla işinizi rahatlaşdıracaqsınız. Belə olan halda ailə büdcəsinin vəsaitləri həm güvənlı saxlanılacaq, həm də sərbəst vəsaitiniz dövriyyədən kənarda qalmayacaq. Yəni siz ailə büdcəsinin sərbəst vəsaitlərini bank hesabında saxlamaqla həm də ölkə iqtisadiyyatına töhfə verirsiniz.

Ailə büdcəsini bank hesabi ilə icra etmək maraqlı ideyalar ortaya qoya bilər. Çünki müasir bankların hərəsinin ailə büdcəsi ilə bağlı öz təklifləri və layihələri var. Elə banklar var ki, ailə büdcəsı üçün hesablar paketi təklif edir. Həmin paketə daxil edilən hesablardan biri yığım üçün əmanet hesabı kimi açılır. Yəni siz həmin hesaba ayda 10 manat da qoysanız, 1000 manat da qoysanız, həmin vəsait əmatət olaraq sizə passiv gəlir gətirəcək. Eyni zamanda həmin əmanət sığortalanacaq. 

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.

Избранный
5
news365.az

1Источники