RU

Telefon yaddaşınız dolubsa bunları edin - Şəkil və video silmədən... 

  Telefon yaddaşı dolduqda çoxları ilk olaraq şəkil və videoları silməyi düşünür.

Bəzi sadə üsullarla bu materiallara toxunmadan yaddaşı boşaltmaq mümkündür.

Bulud xidmətlərindən istifadə edin

Google Photos, iCloud, OneDrive və digər bulud platformaları şəkil və videoları onlayn yadda saxlayaraq telefonun daxili yaddaşını azad edir. Fayllar internet bağlantısı ilə istənilən vaxt açılıb baxıla bilər.

Keş və artıq verilənləri silin

Tətbiqlərin saxladığı müvəqqəti məlumatlar (keş) telefon yaddaşında çox yer tutur. Ayda bir dəfə bu faylları təmizləməklə əhəmiyyətli yer boşaltmaq olar.

İstifadə olunmayan tətbiqləri silin

Aylarla açılmayan tətbiqlər arxa planda yer tutur. Onları silməklə həm yaddaş boşalır, həm də cihaz sürətlənir.

Mesaj əlavələrini təmizləyin

WhatsApp, Telegram kimi messencerlərdə göndərilən foto, video və sənədlər ayrıca yer tutur. "Media" bölməsində lazımsızları silərək əlavə yer əldə edə bilərsiniz.

"Lite" versiyalara keçin

Facebook Lite, Messenger Lite və s. kimi tətbiqlər əsas versiyalara nisbətən daha az yaddaş istifadə edir.

SD kartdan və ya OTG yaddaşdan istifadə edin

Əgər telefonunuz dəstəkləyirsə, əlavə yaddaş kartı və ya OTG (USB flash) cihazları ilə şəkilləri oraya köçürə bilərsiniz.
//milli.az

Избранный
8
3
referans.az

4Источники