RU

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Ramiz Məlikov vəfat edib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair-publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.

Bu barədə APA-ya mərhumun qızı Günay Məlikli məlumat verib.

O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib.

AzPost bildirir ki, Ramiz Duyğun sovet vaxtı AZTV-də Böyük Vətən Müharibəsində itkin düşmüş şəxslərin tapılması ilə bağlı “Məşəl” proqramının aparıcısı olub.

Ramiz Duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

AzPost.az

Избранный
5
6
azpost.info

10Источники