RU

İran İsrail ordusunun kiberkomandanlıq qərargahını vurub - KİV

Bakı. Trend:

Bu gün səhər saatlarında İran tərəfindən həyata keçirilən raketzərbələrinin hədəfi İsrail ordusunun kiberkomandanlıq qərargahı,“C4I korpusu” və hərbi kəşfiyyat mərkəzi olub.

Trend xəbər verirki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, həmin obyektlərdə minlərlə hərbçiyerləşdirilmişdi və onlar kəşfiyyat məlumatlarının işlənməsi vəkiber əməliyyatlara cavabdeh idilər.

Qeyd edilir ki, Hav-Yam kəşfiyyat mərkəzi İsrailin cənubunda,Beer-Şeva şəhərində yerləşir və partlayış dalğası yaxınlıqdakıxəstəxanaya təsir etsə də, ciddi ziyan dəyməyib. Eyni zamanda,hərbi infrastruktur dəqiq zərbə ilə vurulub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
28
az.trend.az

1Источники