RU

Rusiya və Çin İran İsrail müharibəsindən nə qazanır?

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İrana mümkün hücum ehtimalı Cənubi Qafqazdan tutmuş Sakit okeanadək uzanan geniş bir geosiyasi zolaqda güc balansını silkələyə bilər.

Bu vəziyyətdə Qərblə qarşı-qarşıya dayanan, lakin müharibədə bilavasitə iştirak etməyən iki böyük oyunçu – Rusiya və Çin – maraqlı mövqe tutur. Hər iki ölkə üçün bu gərginlik, təzyiq altında olan rejimlərə dəstəkdən daha çox, yeni fürsət pəncərəsi kimi görünür.

Rusiya üçün İranın hədəfə alınması, diqqətin Ukraynadakı müharibədən yayındırılması deməkdir. Qərbin informasiya məkanında İran prioritetə çevrildikcə, Ukrayna mövzusu arxa plana keçə bilər. Bu isə həm beynəlxalq basqıların zəifləməsi, həm də diplomatik toranlıqdan istifadə edərək Moskvanın öz mövqelərini yenidən qurmaq şansı deməkdir. Bundan əlavə, İranın zəifləməsi Rusiya üçün regional enerji bazarında daha əlverişli fürsətlər də yarada bilər. Çünki İran həm də enerji ixracatçısıdır və onun təcridi bazarda rus nefti və qazına daha çox yer deməkdir.

Digər tərəfdən, Çin münaqişəyə açıq şəkildə qarışmasa da, hadisələri diqqətlə izləyir. Pekin üçün əsas məsələ Tayvan və Şərqi Asiya bölgəsində status-kvonu qorumaqdır. İran ətrafında yaranan gərginlik ABŞ-ın diqqətini və resurslarını bu bölgədən yayındırır. Bu isə Çinə öz təsir dairəsində daha rahat hərəkət etmək imkanı verir. Eyni zamanda, İranın Qərb qarşısında zəifləməsi Pekinə regionda daha ucuz resurslar və əməkdaşlıq imkanları təqdim edə bilər. Çin İranın zəifləməsi fonunda həm texnoloji, həm də infrastruktur layihələri sahəsində mövqeyini möhkəmləndirə bilər.

Həm Rusiya, həm də Çin İrana siyasi ritorika ilə dəstək versələr də, hərbi baxımdan məsafə saxlayır. Bu, onların münaqişəyə cəlb olunmamaq strategiyasının tərkib hissəsidir. Əvəzində isə hər iki ölkə bu qarşıdurmadan diplomatik fürsətlər, iqtisadi üstünlüklər və geosiyasi mövqe qazancı əldə etməyə çalışır.

Nəticə etibarilə, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı, Qərbin açıq dəstəyi ilə aparılsa da, Rusiya və Çin üçün prosesin arxasında susqun razılıq və strateji fürsət durur. Münaqişənin nəticələri necə olur-olsun, bu iki güc mərkəzi öz maraqlarına uyğun ssenarini gerçəkləşdirməyə çalışacaq.

Ruslan Zəngəzur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
bakivaxti.az

2Источники