RU

Putin Azərbaycanla birgə layihələrdən danışdı

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

“Bizim yaxşı layihələrimiz var: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika ilə əlaqədar digər layihələr. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində də layihələrimiz var. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, – deyə Putin vurğulayıb.

Избранный
6
10
editor.az

10Источники