RU

“Liverpul”u “Atletiko”ya dəyişir

“Liverpul”un futbolçusu Endi Robertson “Atletiko”ya keçmək fikrini müsbət qarşılayıb.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi yüksək səviyyədə oynamağa davam etmək və Çempionlar Liqasında oynamaq istəyir.

“Liverpul”un macarıstanlı müdafiəçi Miloş Kerkezi transfer etməsi ilə Robertsonun mövqeyində rəqabət daha da artıb. Bu, onun gələcəyini düşünməsinə səbəb olub.

Qeyd edək ki, Endi Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, başa çatan mövsümdə 45 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Избранный
2
4
msport.az

5Источники