RU

Bu bank kredit faizlərini artırdı

Bank Avrasiya kredit faizlərini artırıb. 

Valyuta.az bu barədən bankdan məlumat əldə edib.  Məlumata görə, bank istehlak kreditləri üzrə minimal faizləri 12%-dən 13%-ə yüksəldib. Başqa sözlə, bank istehlak kreditlərini 8,3% və ya 1% bəndi bahalaşdırıb. 

Paralel olaraq bank istehlak kreditləri üzrə maksimal məbləği 30 min manatdan 100 min manata yüksəldib. Maksimal müddət isə 59 ay təşkil edir. 

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb.  Bankın səhmlərinin 49.50 faizi “Top Properties” MMC-yə, 49.50 faizi “Azbizneskom” MMC və 1 faizlik hissəsi isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna aiddir.


Telegram kanalımız
Избранный
27
2
yenisabah.az

3Источники