Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə-Hüquq Şurasının sədrlərinin 3-cü iclası öz işinə başlayıb.
APA xəbər verir ki, toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Respublikasının məhkəmə və bu sahədə tənzimləyici orqanlarının rəhbərləri iştirak edir.