RU

İlqarə Kazımova bu haqda ilk dəfə danışdı: Artıq uzun fasilələr olmayacaq

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Müğənni İlqarə Kazımova açıqlaması ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o, aparıcı və DJ Kazım Sübhanın 106.3 FM verilişinə qonaq olarkən sənətə qayıtdığını ilk dəfə açıqlayıb.  

"Artıq uzun fasilələr olmayacaq. Tamaşaçıları tez zamanda sevindirəcəyəm. Musiqi ilə məşğulam. Böyüdükcə insan dəyişir. İstəyirəm keyfiyətli musiqi ilə tamaşaçı qarşısına çıxım. Ona görə kapriz edirdim" -deyə İlqarə qeyd edib. 

İlqarə anası olan Xalq artsiti Aygün Kazımovadan dan danışıb. O "Başımın tacı, anam. Yaxşı ki, varsan, anacan" sözlərini söyləyərək veriliş vasitəsilə Kazımovaya xoş ürək sözlərini bildiriib. 

Xatırladaq ki, İlqarə bir neçə gün əvvəl "Sevgi" adlı klipini təqdim edib. Yeni mahnı və klip musiqisevərlərin rəğbəti ilə qarşılanıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
baku.ws

2Источники