RU

İranın yeni səfirinin Bakıya gəlişi gözlənilir: BU TARİXDƏ...

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İranın Azərbaycandakı yeni səfiri vəzifəsinə Müctəba Dəmirçili təyin edilib.

News365.az xəbər verir ki, Tehran iyunun 2-də səfir təyinatını elan etsə də, həmin vaxt diplomatın adı açıqlanmamışdı. Sonradan onun adı müəyyənləşsə də, bölgədə baş verən son hadisələr səbəbindən səfirin Bakıya gəlişi sual altında qalıb.

Bəs Dəmirçilinin ölkəmizdə vəzifə səlahiyyətlərini icra etməyə nə vaxt başlayacağı məlumdurmu?

Etibarlı mənbədən News365.az-a verilən məlumata görə, Müstəba Dəmirçili hələlik Azərbaycana gəlməyib, lakin onun bu ayın sonuna qədər və ya iyulun əvvəlində Bakıya gəlməsi planlaşdırılıb.

Mənbənin sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin binasına endirilən zərbələr və İsraillə gərginlik fonunda diplomatik proseslər müvəqqəti olaraq dayandırılıb.

"Hazırda İran tərəfi səfirin Bakıya göndərilməsi ilə bağlı yekun qərarı verməyib. Prosesin nə zaman tam reallaşacağı isə regionda baş verəcək növbəti siyasi gedişatlardan asılı olacaq",- deyə məlumata əlavə edilib

Избранный
2
2
news365.az

3Источники