RU

Sevgilisindən qisas alan altı uşaq anasına hökm oxundu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeronda altı uşaq anası sevgilisindən qəribə qisas alıb.

Oxu.Az-ın məlumatına görə, hadisə uşağa görə olub.

Belə ki, dörd uşaq anası olan Vəfa həyat yoldaşından boşanandan sonra Qalib adlı evli kişi ilə münasibət qurub. Qeyri-rəsmi ər-arvad münasibətlərindən Vəfanın iki övladı olsa da, Qalib onlardan birini qəbul etməyib və həmin uşağa atalıq verməyib. Qalibin təkidi ilə uşaq sığınacağa yerləşdirilib. Bundan sonra Vəfa ilə Qalib arasında münasibətlər gərginləşib və qadın sevgilisindən qisas almaq qərarına gəlib.

Vəfa Qalibin avtomobilinin açarını oğurlayaraq onun maşınını talayıb. O, avtomobilin sənədləri, Qalibə məxsus bank kartları və şəxsiyyət vəsiqəsini oğurlayaraq evində qayçı ilə doğrayıb.

Sənədlərinin oğurlandığını görən Qalib polisə müraciət edib.

Aparılan araşdırmalar nəticəsində sənədləri qadının oğurladığı məlum olub və fakta görə cinayət işi başlanıb.

Cinayət işi məhkəməyə göndərilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Vəfa səkkiz ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
oxu.az

1Источники