Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirlib ki, mayın 1-nə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 169 nəfər və ya 0,5 faiz artaraq 471 min 434 nəfər olub.