RU

Media subyektləri hərbi obyektlərlə birlikdə ilk vurulan hədəflər sırasında...

Müasir müharibələr media subyektlərinin ikiqat müdafiəsini zəruri edir
 
Artıq media subyektləri, bu subyektlərin yerləşdiyi binalar müasir müharibələrdə ilk vurulan hədəflər sırasındadır. Bunu İran-İsrail müharibəsi bir daha sübut etdi. Müharibənin elə ilk günlərində İran televiziyası və radiosunun binasına raket zərbələri endirən İsrail, bununla İran cəmiyyətinin informasiya təminatında problemlər yaratmağa çalışdı. Ötən gün İsrail hakerləri tərəfindən İran televiziyasının yayımının müvəqqəti ələ keçirilməsi də media subyektlərinin əsas hədəflər sırasında olduğunu göstərir. 
 
Bəs media subyektlərinin müasir müharibələrin hədəfinə çevirən nədir? Bunun ən böyük səbəbi müasir müharibələrin sadəcə hərbi əməliyyatlardan ibarət olmadığı, eyni zamanda informasiya müharibəsindən ibarət olmasıdır. İnformasiya müharibəsindəki üstünlük bir çox hallarda hərbi əməliyyatların taleyinə də təsir göstərir ki, bu da media subyektlərinin əhəmiyyətini artırır. Məhz bu səbəbdən də müasir müharibələrdə tərəflər ilk gündən informasiya müharibəsində üstünlüyü ələ almağa, qarşı tərəfin media subyektlərini sıradan çıxarmağa çalışır. Bu fakt media subyektlərinin artan  strateji önəmini göstərir. Odur ki, İran-İsrail müharibəsinin digər nüansları kimi bu faktorun da milli maraqlarımız baxımından diqqətlə öyrənilməsinə, müasir tələblərdən irəli gələn bütün zəruri ehtiyat tədbirlərinin görülməsinə ehtiyac var. Çünki müasir müharibələrin təhlili göstərir ki, bu gün istənilən bir dövlətin təhlükəsizliyi üçün hərbi baza nədirsə, media subyekti də odur və başqa cür yanaşma həmin dövlətə   yalnız məğlubiyyət vəd edir.
 
Seymur ƏLİYEV
Избранный
5
moderator.az

1Источники