RU

ATMU 4 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) dünyanın ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri - “Times Higher Education” (THE) “Impact Rankings 2025” reytinqində təmsil olunaraq, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə həyata keçirdiyi fəaliyyətləri beynəlxalq səviyyədə təsdiqləyib.

"Unikal" xəbər verir ki, ATMU dörd istiqamət üzrə dünyanıın ən reytinqli universitetləri arasında yer alıb.

Beynəlxalq qiymətləndirmə çərçivəsində ATMU 11-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Dayanıqlı Şəhərlər və İcmalar” üzrə dünya universitetləri arasında 401–600 qrupunda yer tutub. 

ATMU 8-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Layiqli Əmək və İqtisadi Artım” üzrə 601–800 qrupunda yer alıb. 

Həmçinin ATMU 17-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Məqsədlər üçün Tərəfdaşlıqlar” üzrə dünyanın ən reytinqli universitetləri arasında 1001–1500, 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil” üzrə isə 1501+ qrupunda dəyərləndirilib.

Bu nəticələr ATMU-nun təhsil, iqtisadi dayanıqlıq, urbanizasiya və qlobal əməkdaşlıq sahələrində strateji hədəflərini həyata keçirmək baxımından olduqca əhəmiyyətlidir. 

Universitetin bu uğuru onun dayanıqlı inkişaf prinsiplərinə əsaslanan idarəçilik modeli, sosial məsuliyyət təşəbbüsləri, təhsilin inklüzivliyi və əlçatanlığı, eləcə də beynəlxalq tərəfdaşlıq şəbəkələrinin genişləndirilməsi istiqamətində atdığı addımların nəticəsidir.

ATMU 2025-ci ilin nəticələrini strateji başlanğıc kimi dəyərləndirərək, növbəti mərhələdə daha yüksək mövqelərə yüksəlmək və qlobal ali təhsil məkanında dayanıqlı mövqe tutmaq məqsədilə fəaliyyətlərini davam etdirəcəkdir.

Qeyd edək ki, dünya universitetlərinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən tədqiqatda Azərbaycanın ali təhsil müəssisələrinin sayı rekord həddə – 25-ə çatıb.

Избранный
9
3
unikal.az

4Источники