RU

Sabah Biləsuvarın bəzi ərazilərində qaz kəsiləcək

Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Korrespondent.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, Biləsuvar rayonu ərazisində yerləşən, "Biləsuvar" qaz paylayıcı stansiyasından qidalanan, Təyyarə meydanı istiqamətində Xırmandalı və Bəydili kəndlərinin bir hissəsini təbii qazla təchiz edən orta təzyiqli qaz xəttinin, eləcə də Muğan, Yuxarı Ağalı kəndləri, Təyyarə meydanı və şəhərin bir hissəsini təbii qazla təmin edən digər orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə 20 iyun 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək altı yaşayış məntəqəsi üzrə ümumilikdə 2200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Избранный
4
2
korrespondent.az

3Источники