RU

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

İspaniyanın "Vilyarreal" klubu yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, La Liqa klubu 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin vingeri Alberto Moleyronun keçidini rəsmən elan edib. 

Futbolçu ilə 30 iyun 2030-cu ilə qədər müddətə müqavilə imzalanıb. Moleyronun forma geyindiyi "Las Palmas"la müqavilə "Sarı sualtı qayığ"a 16 milyon avroya başa gəlib. Bundan başqa, anlaşmada iki milyonluq əlavə bonuslar da nəzərdə tutulub. 

Moleyro "Las Palmas"ın yetirməsidir. O, əsas komandada 147 oyun keçirib, 13 qol vurub və 14 məhsuldar ötürmə verib. 

Избранный
7
1
fanat.az

2Источники