RU

Can Azərbaycanın yardımı qardaşlıq nümunəsidir - Ərdoğan

BAKI, TurkicWorld

Bu gün 49 min 56 evi sahiblərinə təhvil veririk.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan məhəlləsi” də daxil olmaqla, zəlzələdən zərər çəkmiş bölgələrdə 49 min 56 evin və iş yerinin sakinlərinə təhvil veriləcəyini açıqlayıb.

Prezident bu barədə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib.
“Bu gün zəlzələ bölgəmizdə Can Azərbaycanın dəstəyi ilə tikilən Azərbaycan məhəlləmizdəki evlər də daxil olmaqla 49 min 56 iş yeri və evi haqq qardaşlarımıza təhvil veririk. Beləliklə, təhvil verdiyimiz evlərin ümumi sayı 250 minə çatır”- deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub bölgəsində baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycan dərhal humanitar yardım göstərmiş və Kahramanmaraşda xüsusi yaşayış məhəlləsi inşa etməyi öhdəsinə götürmüşdü.

Избранный
3
turkic.world

1Источники