RU

BMU dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olub

Dünya universitetlərinin yeni reytinq siyahısı (QS World University Rankings 2026) açıqlanıb.  

"Unikal" xəbər verir ki, Bakı Mühəndislik Universiteti (BMU) dünya ölkələrini əhatə edən ali təhsil ocaqlarının reytinq siyahısında ciddi irəliləyişə nail olub. Siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb.

BMU-nun əldə etdiyi bu mühüm nəticə universitetin tarixində bir ilk olmaqla yanaşı, bütövlükdə ölkəmizin ali təhsil sisteminin inkişafından xəbər verir. Son illər BMU-da elmi potensialın gücləndirilməsi, infrastrukturun yenidən qurulması, təhsil və idarəetmənin müasir standartlara cavab verməsi, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi və keyfiyyət göstəricilərinin qlobal miqyasda tanınması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, məzunların işlə təminatında ciddi irəliləyişlərə nail olmaq üçün sənaye və özəl sektorla əməkdaşlıq daha geniş müstəvidə davam etdirilib. Eyni zamanda, elmmetrik bazalara əlçatanlığın təmin edilməsi, elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması istiqamətində önəmli işlər gerçəkləşdirilib. BMU-da son bir ildə əcnəbi tələbə sayında da müsbət dinamika müşahidə olunub. Əcnəbi tələbə sayı 4 dəfə artıb və xarici tələbələrin təmsil olunduğu ölkələrin sayı 28-ə çatıb.

Bütün bunlar, habelə innovativ siyasət və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yönündə məqsədyönlü fəaliyyət, universitetin gələcək inkişaf üzrə strateji proqramında bu sahələrə, xüsusən elmi göstəricilərin yaxşılaşdırılmasına diqqətin daha da artırılması BMU-nun əldə etdiyi nailiyyətdə mühüm rol oynayıb. 

Qeyd edək ki, ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunub. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir və ölkəmizdən reytinqə daxil olan universitetlərin sayı Cənubi Qafqazın digər dövlətlərindən reytinqə düşən universitetlərin toplam sayından 3 dəfə çoxdur. 

Избранный
10
50
unikal.az

10Источники